Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 milyon manat olub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb: "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 milyon manat təşkil edib. Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur", - deyə nazir qeyd edib.