Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol turniri keçirilir

2022.11.21 14:00 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Mini-Futbol Federasiyasının təşkilatçılığı ilə 50-dən çox dövlət qurumunun komandasının yarışdığı turnirdə İqtisadiyyat Naziriliyinin komandası da iştirak edir.

Noyabrın 20-də İqtisadiyyat və Energetika nazirliklərinin komandaları arasında keçirilən oyunda İqisadiyyat Nazirliyinin komandası 8:1 hesabı ilə qalib gəlib.

İqtisadiyyat Nazirliyinin komandası noyabrın 26-da keçirəcəyi növbəti oyunda Dövlət Neft Fondunun komandası ilə qarşılaçaq.