Mikayıl Cabbarov: "Bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur"

2022.11.21 11:16 (UTC+04:00)

"2022-ci ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, bir çox makroiqtisadi göstəricilərdə artım müşahidə olunur. Xüsusilə, qeyri-neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika var."

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.