"Cari ilin yanvar-oktyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artaraq 111 milyard 28,2 milyon manat qeyri- neft-qaz sektorunda isə 9,7% artaraq 56 milyard 55,9 milyon manat olub. Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9% artmışdı".
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.