Ölkəmizdə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, qlobal müstəvidə geosiyasi gərginliyin artması fonunda 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşib
Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib
Nazir müavini qeyd edib ki, bu müddətdə ÜDM real ifadədə 5,2 faiz, qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,7 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 56,4 milyard ABŞ dolları təşkil etməklə 2021-ci il üzrə ÜDM-in həcmini ötüb. Xarici ticarət dövriyyəsi 46 milyard ABŞ dollarından artıq olub, 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb.
E.Əliyevin sözlərinə görə, 2004-2021-ci illər ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. “Bu illər ərzində sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə, ixrac 9,2 dəfə, qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatları 33 dəfədən çox artıb”, - deyə E.Əliyev diqqətə çatdırıb.
AZƏRTAC