Siyasi partiya ofis sahəsi ilə təmin olunub

2022.11.16 13:41 (UTC+04:00)

Dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi fəaliyyətin daha əlverişli şəraitdə yerinə yetirilməsi, iş imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, noyabrın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azadlıq Partiyasına Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161b ünvanında yerləşən ofis sahəsi təqdim edilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.