Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Tədbirdə Azərbaycan və Rusiya hökumətlərinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, habelə hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.