"İqtisadi zona" proqramının 28 aprel 2019-cu il tarixli buraxılışı

2019.05.03 15:38 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Milli Məclisdə əhaliyə verilən təbii qaz limitinin artırılması barədə təklifin müzakirəsi, problemli kreditlərlə bağlı kompensiyaların verilməsi ilə bağlı sual doğuran bəzi məsələlərin Mərkəzi Bankın sədri tərəfindən aydınlaşdırılması, ölkəyə xaricdən gətirilən avtomobillər üzrə yeni qaydalar, işçilərə əməkhaqqının qeyri-rəsmi verilməsinin qarşısının alınması üçün Vergilər Nazirliyinin nəzarət tədbirlərini gücləndirməsi barədə süjetlər verilib.

Verilişin qonağı – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin rəhbəri Fariz Cəfərov elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı suallara aydınlıq gətirib.