Qazaxıstanda yeni vergi növü tətbiq edilə bilər

2022.11.15 13:40 (UTC+04:00)

Qazaxıstan karbon vergisinin tətbiqi imkanlarını nəzərdən keçirəcək. Ölkənin Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu məsələyə 2023-cü ildə, Qazaxıstanın 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq layihəsinin bir hissəsi kimi baxılacaq.

Açıqlamada qeyd edilib ki, vergitutma emissiyaları istixana qazları emissiyaları üzrə kvotalarla ticarət sistemi (KTS) ilə tənzimlənməyən qurğulara şamil edilməlidir.

“KTS sənaye üçün emissiyaların dəqiqliyini təmin edir, bizneslərin öz iş təcrübələrini dəyişməli olduğu qiymətləri vergiyə cəlb edir. Beləliklə, bu qiymətlər Qazaxıstanın enerji sektorunun transformasiyasına və yaşıl enerjiyə keçidə dəstək ola bilər”, - nazirliyin açıqlamasında bildirilib.

Təhlillərdən sonra texniki-iqtisadi əsaslandırma, istismaravermə şərtləri, tariflər və şərtlər bəlli olacaq.

Bundan əvvəl Dünya Bankı Qazaxıstanın “yaşıl iqtisadiyyat”a keçiddən imtina edəcəyi təqdirdə ölkədə yoxsulluğun səviyyəsinin 3% arta biləcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Avropa İttifaqında karbon vergisinin tətbiqi nəticəsində Qazaxıstanın ixrac gəlirlərindən illik itkisi 250 milyon dollardan çox ola bilər. Bu sahədə dəmir və polad istehsalını daha böyük təhlükə gözləyir. Karbon vergisinin əhatə dairəsi daha da genişləndirilib, nefti də əhatə edərsə, ölkənin itkiləri 1,5 trilyon dollara qədər yüksələ bilər.