"Fruit Aqro" MMC-nin Samux rayonunda reallaşdıracağı intensiv bağçılığın inkişafı layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 50 min manat güzəştli kredit ayrılıb. Layihənin icrası nəticəsində 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat verib.