Zəfər təntənəsi yeni iqtisadi perspektivlər yaradır

2022.11.11 10:37 (UTC+04:00)

Bu il Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərimizin ikinci ildönümünü qeyd etdik. Müharibənin şanlı Qələbəmiz, torpaqlarımızın düşmən işğalından azad olunması ilə başa çatmasından sonra isə Şuşa həm də bütün dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarətinin, igidliyinin, qəhrəmanlığının, Azərbaycanın haqq səsinin rəmzinə çevrildi.

Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Bu dövrdə iqtisadi sahədə dəstək və təşviq üçün müxtəlif tədbirlər həyata keçirildi. Cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri düşmən zərbələrinə məruz qalırdı. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəydi, onların sahibkarlıq fəaliyyəti tamamilə dayandı və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşdilər.

Cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə
baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması,
sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə
münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnzibati icraat
haqqında” qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul etdi.

Cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnzibati icraat haqqında” qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul etdi. Bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiqi edilməsi hissəsi ləğv edildi. Nəticədə 2013 vergi ödəyicisinin 6 544,3 min manat məbləğində maliyyə sanksiyası ləğv edildi. Ölkəmizdə iqtisadiyyatın dəstəklənməsinin, dayanıqlı inkişafın və milli həmrəyliyin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasəti özünün məntiqi nəticəsini Vətən müharibəsi dövründə bir daha təsdiqlədi.

Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Böyük Zəfərin təntənəsi işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə davam edir. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunur. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü kimi təcəssüm olunur. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bununla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərimizdə ölkənin uzunmüddətli sosial-iqtisadi
inkişaf kursuna uyğun iqtisadi artımın təmin olunması üçün müasir istehsal,
ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların
tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv
reallaşdırılması və biznes üçün təşviq mexanizmlərinin tətbiqi vacib məsələlərdəndir.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Caspian Energy Club”un B2G forumunda sahibkarlığın iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olduğunu deyərək, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da ölkədə dayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün investisiya mühitini təşviq edən bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib: “Bu tədbirlər çərçivəsində bir tərəfdən sahibkarın inkişafını təşviq edən səmərəli investisiya mühitinin formalaşdırılması nəzərdə tutulursa, digər tərəfdən “kölgə iqtisadiyyatı” ilə ciddi, davamlı və qətiyyətli mübarizə dayanıb. Yəni burada bir balans var. Dövlət şəffaf sahibkar üçün bundan sonra da vergi-təşviq alətləri tətbiq etməklə, inzibatçılığın sadələşdirməsində mümkün bütün təşviqedici addımlar atmaqla yanaşı, şəffaf sahibkarlığı rəqabət mühitində hansısa formada üstələməyə çalışan qeyri-şəffaf sahibkarlıqla da ciddi şəkildə mübarizə aparacaq. Bizim bundan sonrakı, ən azı təsdiqlənən dövrdə, yəni 2022-2026-ci illər üzrə də əsas addımlarımız bu əsas istiqamətdə olacaq”.

Ümumilikdə, bu sənədlərdən irəli gələn məsələlərin icrası nəticəsində sahibkarlar üçün əlverişli biznes, investisiya mühiti yaradılır. İşğaldan azad edilmiş ərazilərimizdə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf kursuna uyğun iqtisadi artımın təmin olunması üçün müasir istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması və biznes üçün təşviq mexanizmlərinin tətbiqi vacib məsələlərdəndir. Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası və s. kimi məqsədlər hədəflənir.

Gülay NƏBİYEVA