Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli Qanunla Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 3 dekabr tarixli Qanunla “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna bir sıra dəyişikliklər edilib.
Qeyd olunan dəyişikliklərdən irəli gələrək, Dövlət Vergi Xidməti tərəfindən “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı “Metodiki vəsait” və “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması il bağlı Metodiki vəsait” yeni redaksiyada təsdiq edilib.
Sözügedən medodiki vəsaitlər ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən https://www.taxes.gov.az/az/page/belediyye linkinə keçid almaqla tanış ola bilərsiniz.