100 min hektardan artıq sahədə pambıq əkini aparılıb

2022.11.05 16:55 (UTC+04:00)

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 221 min tondan artıq pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda ölkə üzrə pambığın orta məhsuldarlığı 21,2 sentner təşkil edir.

Pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.