Dövlət-özəl tərəfdaşlığına dair görüş keçirilib

2022.11.05 13:33 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycan-Türkiyə Biznes Forumu çərçivəsində imzalanmış üçtərəfli Anlaşma Memorandumu ilə bağlı görüş keçirilib.

Görüşdə səhiyyə infrastrukturunun inkişafı və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandumdan irəli gələn məsələlər müzakirə edilib.