Gənc Sahibkarların III Forumu keçiriləcək

2022.11.03 14:30 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2022-ci il noyabrın 22-də #Tovuz rayonunda Gənc Sahibkarların III Forumu keçiriləcək.

Forumun məqsədi gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin müzakirəsidir.

Forumda iştirak etmək istəyənlər noyabrın 10-dək aşağıdakı linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/QUrLMpBcypmikXmH6