ABŞ prezidenti neft şirkətlərinin mənfəətinə vergi qoymağı planlaşdırır

2022.11.04 13:42 (UTC+04:00)

Associated Press (AP) informasiya agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Co Baydenin neft şirkətlərini benzinin qiymətinin aşağı salınmasına sərmayə qoymağa dəvət edəcəyi gözlənilir, əks halda o, Konqresə neft şirkətlərinə qarşı mənfəət vergisi tətbiq etməyi təklif edəcək.

AP yazır ki, Co Baydenin təşəbbüsünü Ağ Ev bundan əvvəl “iri neft şirkətlərinin rekord gəlir əldə edəcəyi və yanacaqdoldurma məntəqələrində qiymətlərinin aşağı salınmasına kömək etməkdən imtina edəcəyi” barədə xəbərlərə cavab olaraq elan etmişdi.

“Prezident bir daha neft və qaz şirkətlərini əldə etdikləri rekord mənfəətləri Amerika ev təsərrüfatlarının benzin xərclərini azaltmaq və hasilatı artırmaq üçün yatırmağa çağıracaq. Əgər bunu etməsələr, prezident Konqresi neft şirkətlərindən əlavə vergi ödəmələri tələbini nəzərdən keçirməyə çağıracaq”, - AP-nin istinad etdiyi mənbə bildirib.