"Quba Ting" MMC-yə 200 min manat güzəştli kredit ayrılıb

2022.11.02 16:11 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Quba Ting" MMC-nin tingçilik təsərrüfatlarını yerli istehsal olan sağlam əkin materialı ilə təmin etməyi hədəfləyən layihəyə dəstək məqsədilə 200 min manat güzəştli kredit ayrılıb. Müasir şəraitdə innovativ fəaliyyət kənd təsərrüfatının inkişafında başlıca amillərdəndir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabında etdiyi paylaşımda bu haqda məlumat verilir.