Kanada ilə Aİ arasında ticarət sazişinə "yaşıl işıq" yandırıldı

2019.05.01 19:18 (UTC+04:00)

Baş qərargahı Lüksemburqda yerləşən, Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi Avropa Ədalət Divanı Aİ ilə Kanada arasında imzalanmış Əhatəli İqtisadi və Ticarət Sazişində (CETA) investorların qorunması mexanizminin hüquqi baxımdan məqbul olduğu barədə qərar verib. Məhkəmənin qərarında bildirilir: "Aİ ilə Kanada arasındakı sərbəst ticarət sazişində yer alan investorlar və ölkələr arasındakı ixtilafların həll edilməsi mexanizmi barədə hökmlər Aİ qanunlarına uyğundur".

Qeyd edək ki, Aİ-nin Kanada ilə müzakirə etdiyi CETA 2017-ci ildə müvəqqəti olaraq qüvvəyə minmişdi. Sazişin əsas hədəfi tərəflər arasında gömrük vergilərinin ləğv edilməsi, qarşılıqlı ticarət dövriyyəsinin, investisiya və məşğulluğun artırılmasıdır.