İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 və 22 noyabr tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. Noyabrın 15-də keçiriləcək hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, 22 noyabrda təşkil olunacaq hərraca 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (https://bit.ly/3mmNVpB)