İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Fransa-Rusiya Ticarət və Sənaye Palatasının ("CCI France Russie") nümayəndələri arasında görüş keçirilib.
Tədbirdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyət istiqamətləri haqqında məlumat verilib, AZPROMO ilə Fransa-Rusiya Ticarət və Sənaye Palatası, eləcə də Azərbaycan şirkətləri və Palataya üzv şirkətlər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.