Türk İnvestisiya Fondunun qərargahı Bişkekdə yerləşə bilər

2022.10.31 16:00 (UTC+04:00)

“vergiler.az” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, parlamentin Beynəlxalq məsələlər komitəsinin iclasında Türk İnvestisiya Fondunun qərargahının Qırğızıstanın paytaxtı Bişkekdə yerləşdirilməsi təklif edilib.

İclasda Qırğızıstan tərəfinin bu təşəbbüslə hələ 2019-cu ildə çıxış etdiyi vurğulanıb.

Xatırladaq ki, nizamnamə kapitalı ilkin olaraq 350 milyon ABŞ dolları təşkil edəcək investisiya fonduna Qırğızıstan, Qazaxıstan, Türkiyə, Azərbaycan və Özbəkistan daxil olacaq.

Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi əməkdaşlığı dəstəkləməklə Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin iqtisadi inkişafına kömək etməkdir.