Belarus neft vergisi manevri çərçivəsində gələn il 680 milyon dollar vəsait əldə edəcək

2022.10.31 14:18 (UTC+04:00)

Neft sənayesində vergi manevri ilə bağlı Rusiya Federasiyası ilə razılaşmalar Belarus büdcəsinə 2023-cü ildə 1,7 milyard rubl (680 milyon dollar) məbləğində əlavə gəlir əldə etməyə imkan verəcək. Bu barədə Belarus Respublikasının maliyyə naziri Yuri Seliverstov açıqlama verib.

“Vergi qanunvericiliyinin uyğunlaşdırılması çərçivəsində biz Rusiyada olduğu kimi neftə əks aksiz vergisi alacağıq. Bu bizə yanvarın 1-dən büdcəyə əlavə mənbələr təmin edəcək. Əks aksiz rüsumundan gələn büdcə gəliri təminən 1,7 milyard Belarus rublu məbləğində olacaq”, - Belarusun maliyyə naziri vurğulayıb.

Qeyd edək ki, neft sənayesində vergi manevri neft və neft məhsullarına aid ixrac rüsumunun mərhələli şəkildə ləğv edilməsi proqramıdır. Manevr çərçivəsində 2024-cü ilə qədər ixrac rüsumunun dərəcəsi 30%-dən sıfıra endirilməli, faydalı qazıntıların hasilatı vergisi isə ekvivalent məbləğdə artırılmalıdır.