İqtisadiyyat Nazirliyində görüş keçirilib

2022.10.28 17:20 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahti ilə görüşüb.

Tərəflər arasında Finlandiya ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, “Ağıllı sənaye” və “Ağıllı şəhər” sahələrində yüksək təcrübəyə malik Finlandiya şirkətləri ilə tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.