2-5 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində 19-cu “MÜSİAD EXPO” Ticarət Sərgisi keçiriləcək.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən iki ildən bir təşkil olunan sərgini bu il 124 ölkədən 100 mindən çox sahibkar, investor, dövlət və özəl qurumların nümayəndələri və iştirakçıların ziyarət etməsi gözlənilir.
Sərgidə əsasən qida və qeyri-qida məhsullarını təklif edən şirkətlər, texnoparklar iştirak edəcək. Ümumilikdə sərgiyə 24 sahədən 600-dən çox şirkətin qatılması nəzərdə tutulur.
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərlər: http://www.musiadexpo.com/