Karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla növbəti görüş keçirilib

2022.10.28 16:50 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə KOBİA, Əmlak Məsələləri Dövlət Xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də 20 sahibkar iştirak edib.

Görüşdə faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi barədə məlumatlar agentliyin mütəxəssisləri tərəfindən istismarçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.