Mikayıl Cabbarov: "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” Qanun dövlət və özəl tərəfdaşlar arasında münasibətləri tənzimləyir"

2022.10.28 13:10 (UTC+04:00)

“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” Qanun bu sahədə dövlət xidmətlərinin göstərilməsi, bu xidmətlər üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında münasibətləri tənzimləyir.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 28-də “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bildirilib ki, “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir. Həmçinin bu Qanunun müddəaları “Yerin təki haqqında” Qanuna uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil olunmur.

Nazir qeyd edib ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

AZƏRTAC