Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir

2022.10.28 12:03 (UTC+04:00)

Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir.

İclasın gündəliyinə 4 məsələ daxil edilib.

1. Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi (birinci oxunuş);

2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

3. Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində

dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.

Qeyd edək ki, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Azərbaycanın Türk İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yanğın və digər rəsmi şəxslər iştirak edirlər.

AZƏRTAC