Türk Hava Yolları müəllimlər və xaricdə təhsil alanlar üçün biletləri ucuzlaşdırıb

2022.10.28 13:51 (UTC+04:00)

Türk Hava Yolları (THY) tərəfindən yayılan açıqlamada Milli Təhsil Nazirliyinin müəssisələrində çalışan müəllimlərin ölkədaxili uşuşlar üçün endirimdən faydalana biləcəyi bildirilib.

Endirim kampaniyasının müddəti 2022-ci ilin 1 noyabrından 2023-cü ilin 20 aprel tarixinə qədər olan dövrü əhatə edir. Açıqlamada deyilir: “Türk Hava Yolları güzəşt protokolu çərçivəsində 1 noyabr 2022-ci il - 20 aprel 2023-cü il tarixləri arasında ölkə daxilində Milli Təhsil Nazirliyinin tabeliyində olan rəsmi məktəb və müəssisələrdə çalışan müəllimlərə daxili reyslərin biletləri üçün baza tarifində 20% endirim (vergilər istisna olmaqla) edəcək. Xaricdə təhsil almaq üçün təqaüd almaq hüququ qazananlar, onların himayəsində olan həyat yoldaşları və uşaqları üçün beynəlxalq reyslərdə baza tarifində (vergilər istisna olmaqla) isə 25% endirim ediləcək".