Rusiyanın TASS agentliyinin məlumatına əsasən, Çin Xalq Respublikasının Maliyyə Nazirliyi 2022-ci il noyabrın 1-dən Çində istehsal olunan və ya ölkəyə xaricdən gətirilən elektron siqaretlərə bəyan edilmiş dəyərin 36%-i həcmində vergi tətbiq edəcək.
Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, bu məhsulların satışı ilə məşğul olan mağazalara da paralel olaraq 11% vergi tətbiq ediləcək. Nazirliyin açıqlamasında qeyd edilib ki, bu tədbir “istehlak sektorunda vergitutma sisteminin optimallaşdırılmasına yönəlib”.