Beyin mərkəzləri: Trendlər, çağırışlar və perspektivlər

2022.10.26 12:33 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı” “Beyin mərkəzləri: Trendlər, çağırışlar və perspektivlər” mövzusuna həsr olunub.

İcmalda beyin mərkəzlərinin beynəlxalq təcrübədə, elmin idarə edilməsində, strateji idarəetmədə rolu barədə məlumatlar verilib. Həmçinin kommunikasiya istiqamətləri və təcrübələr yer alıb. Qlobal miqyasda beyin mərkəzlərinin rolu informasiya və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı “big data” (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.

İcmalda hazırda dünyada 5500-dən artıq beyin mərkəzi fəaliyyət göstərdiyi və bu mərkəzlərin bir çoxunun hələ də effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyən edilməsi üçün araşdırmalar apardıqları bildirilir.
“İslahat icmalı” ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bit.ly/3FiSP1o