İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə görüşüb.
Görüşdə Cənubi Afrika Respublikası iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.