"İqtisadiyyatın şaxələndirilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17% artaraq 2 milyard 117 milyon dollar təşkil edib".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.