Xarici ticarət əlaqələrində pozitiv dinamika təmin edilib

2022.10.25 14:06 (UTC+04:00)

"İxrac potensialının uğurla reallaşdırılması xarici ticarət əlaqələrində pozitiv dinamikanı təmin edir. Bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 73,3% artaraq 39,81 milyard dollar, ixrac isə 101,6% artaraq 29,52 milyard dollar olub".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.