Əsas kapitala yönəldilmiş vəsaitlər artıb

2022.10.25 11:44 (UTC+04:00)

"Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb. Daxili investisiyalarda artım 20,5% təşkil edib. Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21,5%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11,4% artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə 22,3%-lik artım da əhəmiyyətli göstəricidir".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.