Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

2022.10.24 10:33 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi qeydiyyata alınıb. Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Sənaye Parkının 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisə inşa olunacaq.

İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.