2022-ci il oktyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2 faiz artaraq 699.553 olub. Yanvar-sentyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb və 38.081 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188.690-a çatıb.