Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

2022.10.21 16:33 (UTC+04:00)

"Bu ilin 9 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 1.515,3 milyon manat və ya 32,2% artaraq 6.222,0 milyon manat olub. Bu sektor üzrə artım 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.