Yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları artıb

2022.10.21 14:22 (UTC+04:00)

"2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 milyon manat təşkil edib. Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 milyon manat və ya 64,5% çoxdur. Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.