Ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir

2022.10.20 16:38 (UTC+04:00)

"İqtisadi Zonaların İnkişafı Agentliyi idarəçiliyində olan aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton, 2022-ci ildə isə 2021-ci ilə nisbətən 61% daha çox, yəni 88,8 min ton ərzaqlıq buğda istehsal olunub".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.