2022-ci ilin yanvar-sentyabr ayları ərzində 1963 layihənin maliyyələşdirilməsinə 90,2 milyon manat güzəştli kredit verilib.
Verilmiş kreditlər hesabına 2061 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Regionlar üzrə verilmiş kreditlərin layihə sayı üzrə bölgüsündə Bakı şəhəri 1,9%, digər regionlar isə 98,1% yer tutur. Məbləğ üzrə kreditlərin 16,7%-i Bakı şəhərində, 83,3%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib.