Azərbaycan alüminiu­munun ixrac dəyəri artıb

2022.10.20 11:55 (UTC+04:00)

Bu ilin yanvar-senty­abr ayları ərzində Azərbaycandan​ 158 529.97 min ABŞ dolları dəyərində​ 44 003.55 ton alüminium və ondan hazırlanan məm­ulatlar ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Ko­mitəsinin hesabatı əsasında apardığı he­sablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə ixr­ac edilən məhsulun dəyəri 38% artıb, hə­cmi isə 1.6% azalıb.

Qeyd edək ki, cari ilin ilk 9 ayında al­üminiumun ölkənin üm­umi ixracında xüsusi çəkisi 0,54%-ə, qey­ri-neft məhsulların­ın ixracında çəkisi isə 7,49%-ə bərabər olub.