7-11 aprel tarixlərində Şimali Makedoniya Respublikasının Skopye və Oxrid şəhərlərində Korporativ Qeydiyyatçılar Forumunun (CRF) növbəti konfransı keçirilib. Transsərhəd məlumat mübadiləsində, eləcə də çirkli pulların yuyulmasında qeydiyyat orqanlarının rolu, qeydiyyat sahəsində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyəti və bu sahədə insan resurslarının idarə edilməsi, müştəri məmnunluğu və qeydiyyat sahəsində rəqəmsallaşdırmaya dair uğurlu beynəlxalq təcrübələrin müzakirəsinə həsr olunmuş konfransda 63 ölkədən nümayəndələr iştirak ediblər. Tədbirin sessiyaları "Beynəlxalq informasiya mübadiləsi və reyestr sistemlərinin rolu"; "İqtisadi islahatlar: təcrübələr; "Lehinə və əleyhinə dəlillər üçün iş rəhbəri kimi biznes üzrə müqayisəli qiymətləndirməni həyata keçirmək" mövzularına həsr edilib.
Konfranda Azərbaycan Respublikasını Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli təmsil edib.