Təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib

2022.10.18 11:06 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə istehlakçıların mənafelərinə xələl gətirən hərəkətlərin qarşısının alınması, təbii inhisar subyektləri ilə istehlakçılar arasında münasibətlərin optimallaşdırılması məqsədilə Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinə nəzarətin həyata keçirildiyi vurğulanıb, təbii inhisar subyektləri tərəfindən təqdim edilən sənədlərə dair tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.