- Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi dəmir yolunun perspektivlərini necə qiymətləndirirsiniz və bu, ölkələrimiz arasında yükdaşımaların səviyyəsinin artırılmasında hansı rol oynayacaq?
- Əvvəla, vurğulamaq istərdim ki, bu yolun tikintisi və Mərkəzi Asiya və Cənubi Qafqazda geniş nəqliyyat şəbəkələrinin yaradılması sayəsində Azərbaycan və Qırğızıstanın nəqliyyat baxımından strateji əhəmiyyəti artacaq.
Çoxları bunu Yeni İpək Yolu və ya Orta Dəhliz layihəsi adlandırır. Hər şey həqiqətən göstərir ki, Qırğızıstan və Azərbaycan bütün bu marşrut boyunca iki strateji əhəmiyyətli nöqtədir, çünki Çinə gedən yol Qırğızıstandan keçir, Azərbaycan isə Avropaya gedən mühüm tranzit keçiddir.
Əlbəttə, biz hamımız Zəngəzur dəhlizinin işə başlamasını gözləyirik, lakin indi əsas prioritet bu yolun tikintisi və bu istiqamətdə bütün zəruri nəqliyyat infrastrukturunun yaradılmasıdır. Bu, Azərbaycana investisiya və digər iqtisadi memarlıq layihələri baxımından əlavə imkanlar yaradır. Bir tərəfdən bunlar əlavə investisiyalardır, digər tərəfdən isə Azərbaycan Qırğızıstanı artıq Mərkəzi Asiyada öz təşəbbüslərini həyata keçirmək üçün mühüm strateji platforma hesab edə bilər. Hesab edirəm ki, Azərbaycan bu layihənin icrası boyu qırğızlardan hər cür dəstək alacaq.
Çoxları bunu Yeni İpək Yolu və ya Orta Dəhliz layihəsi adlandırır. Hər şey
həqiqətən göstərir ki, Qırğızıstan və Azərbaycan bütün bu marşrut boyunca
iki strateji əhəmiyyətli nöqtədir, çünki Çinə gedən yol Qırğızıstandan
keçir, Azərbaycan isə Avropaya gedən mühüm tranzit keçiddir.
- Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- Hazırda ölkələrimiz arasındakı münasibətləri, xüsusən də ölkələrimizin prezidentlərinin bu potensialın daha da artırılması üçün şərait yaratmasını müsbət qiymətləndirirəm. Əməkdaşlığımızın təkmilləşdirilməsi potensialı göz qabağındadır və təbii ki, hər kəs Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin səviyyəsinin həqiqətən də strateji səviyyəyə çatdığını məmnunluqla qeyd edir. Bura həm ticarət-iqtisadi, həm də mədəni-humanitar əlaqələr daxildir. Hesab edirəm ki, hər iki prezident son danışıqlarda əməkdaşlığın dərinləşməsi üçün bütün ilkin şərtləri yaratdılar və bu, tərəfdaşlığımızın keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.
- Ölkələr arasında əməkdaşlığın hansı prioritet sahələrini qeyd edə bilərsiniz? Qırğızıstan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları maraqlandıra bilər?
- Dəmir yolunun tikintisinin gözlənildiyini nəzərə alsaq, ilk növbədə, bu sahələr nəqliyyat və rabitədir. Bu, həm də energetika sektorudur, çünki Qırğızıstan faydalı qazıntılarla zəngindir və hidroenergetika potensialına malikdir. Düşünürəm ki, hidroenergetika, mədənçıxarma, nadir metallar Azərbaycan üçün maraqlı olacaq. Bundan əlavə, azərbaycanlı investorlar mədənçıxarma, o cümlədən turizm və ya birgə müəssisələrin tikintisi kimi sahələrə maraq göstərə bilərlər.
- Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarır. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycanın tranzit potensialı kifayət qədər yüksəkdir. Lakin yeni tranzit marşrutlarının açılması və malların yerləşdirilməsinin dəyərinin və vaxtının azalmasından sonra Azərbaycan bir sıra ölkələr üçün daha da mühüm nəqliyyat qovşağına çevriləcək.
Qısa müddətdə Azərbaycan bütün Avrasiyanın nəqliyyat marşrutlarının əsas kəsişmə nöqtəsi olacaq, xüsusən Xəzərin statusu məsələsinin həll olunduğunu, Ermənistanla münasibətlərin normallaşdırılması məsələlərinin irəli getdiyini nəzərə alsaq. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan həmişə öz nəqliyyat layihələrini inkişaf etdirib. Geosiyasi fon yaxşılaşmalıdır və bu, Azərbaycanın, Avrasiya və ona bitişik regionların əsas nəqliyyat, enerji və kommunikasiya layihələrinin daha da böyük inkişafı üçün təkan olacaq.
Qısa müddətdə Azərbaycan bütün Avrasiyanın nəqliyyat marşrutlarının əsas kəsişmə
nöqtəsi olacaq, xüsusən Xəzərin statusu məsələsinin həll olunduğunu, Ermənistanla
münasibətlərin normallaşdırılması məsələlərinin irəli getdiyini nəzərə alsaq.
- Ölkələr arasında turizm potensialı necədir? Qırğızıstan azərbaycanlı turistləri necə cəlb edə bilər?
- Qırğızıstan ekoturizm təklif edir və bizdə bu sektor çox inkişaf edib. Bu sektor azərbaycanlı turistlər üçün maraqlı ola bilər. Hesab edirəm ki, iki ölkə arasında turizmin inkişafı ilə bağlı birgə konfransların keçirilməsi maraqlı tərəflər və iş adamları tərəfindən ən məntiqli addım olardı.
- Qafqaz və Mərkəzi Asiya regionunda mövcud iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz? Regionumuzun iqtisadiyyatının gələcək inkişafı ilə bağlı proqnozlarınız necədir?
- Azərbaycan Cənubi Qafqazda iqtisadi artım və iqtisadi potensiala görə şəksiz liderdir. Gürcüstan da dinamik inkişaf edir, lakin Ermənistan, təbii ki, geridə qalır, bütün regionun iqtisadi inteqrasiyasına maneələr yaradır.
Mərkəzi Asiyaya gəlincə, son 4 ildə bu regionda məşvərətçi görüşlər çərçivəsində müstəqil iqtisadi inteqrasiyaya cəhdlər edilir. Ölkələrimiz arasında iqtisadi baxımdan praktiki olaraq heç bir ciddi ziddiyyət yoxdur, çünki 2018-ci ildən biz bütün sərhədləri açmışıq və xüsusən də Özbəkistan iqtisadi əməkdaşlığa daha açıq olub.
Orta Asiyada Özbəkistan və Qazaxıstan ən böyük iqtisadi potensiala malikdir. Əgər Azərbaycanın yaratdığı müsbət impulslardan istifadə edilsə və iqtisadiyyat sahəsində layihələrə start verilsə, regionlarımızın birgə iqtisadi inkişaf potensialı olar və ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsində bizi böyük perspektivlər gözləyir.
- Son illərdə “yaşıl enerji” xüsusi aktuallıq qazanıb. Sizcə, bərpa olunan enerji mənbələri ənənəvi olanları əvəz edə bilərmi? Azərbaycanda və ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi potensialı nə dərəcədə yüksəkdir?
- Mərkəzi Asiya dövlətləri “yaşıl enerji”yə balanslı yanaşır, lakin yenə də ənənəvi enerji növlərinə arxalanırlar. Qırğızıstan Mərkəzi Asiyada istilik elektrik stansiyalarının sayını azaltmaqda maraqlıdır, çünki onlar buzlaqlara ciddi təsir göstərir, onların sürətlə əriməsi su ehtiyatlarına təsir edir. Amma regionumuzun qalan ölkələri hələ də istilik elektrik stansiyalarından imtina etmək barədə düşünmürlər. Ona görə də hesab edirəm ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri “yaşıl enerji”nin inkişafı baxımından ümumi yanaşma inkişaf etdirməli və bütün aktual məsələləri birgə və əlaqələndirilmiş şəkildə həll etməlidirlər.
Tamilla MƏMMƏDOVA