İstehlakçıların 4220 müraciətinə baxılıb

2022.10.17 10:47 (UTC+04:00)

2022-ci ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 4220 müraciətə baxılıb.

Müraciətlərin 61%-i malların qüsurlu və keyfiyyətsiz olmasına, 3%-i müqavilə şərtlərinin pozulmasına, 19%-i digər istehlakçı hüquqlarının pozulmasına, 16%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 1%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə dair olub.

Nəticədə 249 min 936 manat istehlakçılara qaytarılıb, 17 min 763 manat dəymiş ziyan ödənilib.