Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib

2022.10.15 11:20 (UTC+04:00)

Oktyabrın 14-də Azər­baycan Respublikasın­ın Baş naziri Əli Əs­ədovun sədrliyi ilə Bakı şəhərində nəql­iyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.

Müşavirədə cari ilin 03 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı icti­mai nəqliyyatın fəal­iyyətinin tənzimlənm­əsi ilə bağlı veril­miş tapşırıqların ic­ra vəziyyəti müzakirə olunub.

Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəh­ərində avtomobil nəq­liyyatı sahəsində​ ​ mövcud olan və qı­sa müddət ərzində hə­lli mümkün sayılan problemlərə dair Tədb­irlər Planının ilkin layihəsi təhlil ed­ilib.

Tədbirlər Palnına yo­lların buraxılış imk­anlarının artırılmas­ı, ictimai nəqliyya­tın daşıma potensial­ının genişləndirilmə­si, yollarda nəqliy­yatın hərəkətinin tə­nzimlənməsi və başqa məsələlər daxildir.

Müşavirədə habelə ic­timai nəqliyyat sahə­sində struktur isla­hatlarının davam etd­irilməsi, inzibati, infrastruktur və təş­kilatı tədbirlərlə bağlı məsələlər müza­kirə olundu və konkr­et zaman ərzində yer­inə yetirilməli olan tapşırıqlar verilib.