Azərbaycan iqtisadiyyatın rəqəmsallaşmasının yaratdığı vergidən yayınma halları ilə mübarizədə qlobal əməkdaşlıq üçün beynəlxalq BEPS (Base erosion and profit shifting) layihəsinə qoşulur. Bu barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, iqtisadiyyatın rəqəmsallaşmasından sonra dünyada vergidən yayınan qlobal şirkətlərin sayı da durmadan artmaqdadır: “Hesablamalara görə, son 1 ildə bu cür şirkətlərin fəaliyyəti nəticəsində dünya ölkələrinin büdcələri 240 milyard dollara yaxın vəsait itirib. Bunun qarşısını almaq üçün 2015-ci ildə G20 və İqtisadi Əməkdaşılıq və İnkişaf Təşkilatı tərəfindən 60-dan çox ölkənin qoşulduğu BEPS (Base erosion and profit shifting) layihəsi yaradılıb. Layihənin yaranmasında əsas məqsəd vergidən yayınma hallarının qarşısının alınması, beynəlxaq vergi qaydalarının təkmilləşdirilməsi və vergi mühitinin daha da şəffaflaşmasıdır”.
Sonradan adıçəkilən qurumlara üzv olmayan ölkələrin də layihəyə qoşulmasına zəmin yaradılıb. Azərbaycan da bu layihəyə qoşulmağa qərar verib. Bunun üçün ölkəmiz 4 mühüm şərti yerinə yetirib:
T.Mirkişilinin sözlərinə görə, ötən dövr ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar, Vergi Məcəlləsinə edilən dəyişikliklər, vergi inzibatçılığındakı müsbət zəmin Azərbaycanın bu 4 şərtə əməl etməsinə şərait yaradıb. Millət vəkili əlavə edib ki, BEPS layihəsi üzvləri dünya İT nəhənglərinin ümumi dövriyyəsinin 15%-ni vergiyə cəlb etməklə bu məbləği üzv ölkələr arasında bölüşdürməyi planlaşdırırlar.