Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsində qeyd olunan dərəcələrlə vergi tutulur.
Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan qeyri-rezident tərəfindən proqram təminatı üzrə göstərilən xidmətlərə görə aparılan ödənişlərdən royalti predmetini təşkil etmədiyi halda ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 125-ci, 164-cü maddələri.