"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb".
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür". - nazir əlavə edib.