İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.